Bilik günü

15 sentyabr 2023-cü il tarixdə məktəbdə “Bilik günü” tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva şagirdləri və müəllimləri yeni dərs ili münasibətilə təbrik etdi və uğurlar arzuladı. Tədbirin davamında Balaxanı Bələdiyyəsinin sədri Bahadır Haşımov və müəllimlər çıxış etdilər. Şagirdlərimizin çıxışında vətənə, məktəb illərinə həsr olunmuş mahnılar ifa olundu, rəqslər və kompozisiyalar nümayiş etdirildi. Sonda 2023-2024-cü tədris ilinin ilk zəngi çalındı.Həmçinin, ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olundu.