Heydər Əliyev Mərkəzinə ekskursiya

Məktəbin 7c sinif şagirdləri UBT rəhbəri Sevinc Ramazanova ilə birlikdə Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Şagirdlərə Mərkəzin “Muzey” bölməsində toplanmış Ulu Öndərin zəngin dövlətcilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib. Ekskursiya şagirdlər tərəfindən maraqla qarşılanıb.