M.Ə.Sabir-161 il

30 may 2023-cü il tarixində məktəbin akt zalında M.Ə.Sabirin anadan olmasının 161-ci ildönümü münasibətilə tədbir keçirildi. Məktəbin IV sinif müəllimlərinin təşkil etdiyi tədbirdə şagirdlər Sabir yaradıcılığından nümunələr səsləndirdilər. Satiraları şagirdlər tərəfindən obrazlaşdırılmıs şəkildə təqdim olundu. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov çıxış edərək bildirdi ki, M.Ə.Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. Qeyd edək ki, məktəbimiz 40 ildən çoxdur görkəmli şairin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi