28 May Müstəqillik Günüdür

25 may 2023-cü il tarixdə məktəbin 2c sinif müəllimi Rəna Xudayeva "Müstəqillik Günü"nün 105-cı ildönümünə həsr olunmuş tədbir təşkil etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər, rəqslər nümayiş etdirdilər. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək vurğuladı ki, Azərbaycan xalqı bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi