Konfransda iştirak

25 may 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə yekun hesabat konfransı keçirildi. Məktəbin KA-nın prezidenti Aytən Babaşova və 8b sinif şagirdi Hacızadə Mərva konfransda iştirak etdilər. M.Hacızadə "Parnik effekti və onun təsirləri" mövzusunda təqdimatla çıxış etdi. Sonda şagirdimiz Fəxri Fərmanla mükafatlandırıldı.