Nümunəvi dərs keçirildi

25 may 2023-cü il tarixdə məktəbin biologiya müəllimi Yeganə Əliyeva 6c sinfində nümunəvi dərs keçdi. Dərs "Canlıların insan sağlamlığında rolu" mövzusu üzrə təşkil olundu. Dərsdə məktəbin direktoru Venera Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov və psixoloqlar Saraxanım Alxazova, Günay Məstiyeva iştirak etdilər. Dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs müasir təlim standartlarına cavab verirdi. Qruplarla iş və təqdimatları, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.