Susma, səsini eşitdir

25 may 2023-cü il tarixdə məktəbdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrasından irəli gələn tələbləri təmin etmək məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən məktəblər üzrə tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin rəsmlərindən ibarət sərgiyə baxış keçirildi. Daha sonra Balaxanı qəsəbəsində yerləşən 4№li, 69№li və 259№li tam orta məktəbin şagirdləri mövzu ilə bağlı təqdimat və səhnəciklərlə çıxış etdilər. Tədbirin davamında Sabunçu Rayon İcra hakimiyyəti başçısının müavini Rəna xanım Fərəcova, Ombudsman Aparatının məsul əməkdaşı Raida Əmirbəyova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Tural Hüseynzadə çıxış etdilər. Balaxanı Bələdiyyəsinin sədri Bahadır Haşımov tərəfindən fəal iştirak edən şagirdlər mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi