Şagirdlər ekskursiyada

23 may 2023-cü il tarixdə məktəbin 7b sinif şagirdləri sinif rəhbəri Dürdanə Alıyeva və biologiya müəllimi Fəridə Mollayeva ilə birlikdə Təbiət Tarixi Muzeyində ekskursiyada oldular. Şagirdlər muzeydə olan nadir eksponatlarla tanış oldular. F.Mollayeva şagirdləri maraqlandıran sualları cavablandırdı. Ekskursiya şagirdlərin marağına səbəb oldu.