20 Yanvar faciəsi

19 yanvar 2017-ci il tarixdə məktəbdə "20 Yanvar" faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə məktəb direktoru F.Rzayeva çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə şagirdlər tərəfindən şeirlər səsləndirilmiş, səhnəciklər nümayiş etdirilmişdir. Həmçinin şagirdlər tərəfindən divar qəzetləri hazırlanmış və bütün siniflədə birinci dərs "20 Yanvar-Hüzn günüdür"mövzusuna həsr olunmuşdur. Məktəbin pedaqoji kollektivi və şagirdləri məktəbin məzunu olmuş şəhid Əliyev Cəlil Cəlal oğlunu məzarını ziyarət edərək şəhidləri yad etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi