Tarix yaradan şəxsiyyət

10 may 2023-cü il tarixdə məktəbdə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” ilə əlaqədar “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başladı. Daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Venera Mustafayeva bildirdi ki, Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Fəxri qonaq qismində iştirak edən xalq şairi Vahid Əziz dahi liderlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Tədbirin davamında şagirdlərin çıxışında Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu. Həmçinin, videoçarxlar nümayiş etdirildi. Sonda V.Mustafayeva tədbirin ərsəyə gəlməsində iştirak edən hər kəsə, həmçinin, məktəbin məzunu, 292 nömrəli məktəbin müəllimi Səidə Məmmədovaya da təşəkkürünü bildirdi.https://www.facebook.com/profile.php?id=100057585814699