9 May - Qələbə Günüdür

08 may 2023-cü il tarixdə məktəbin tədbirlər planına uyğun olaraq "Qələbə Günü" münasibətilə tədbir keçirildi. 2c sinif müəllimi Gülarə Balayevanın azyaşlı şagirdləri ilə birlikdə hazırladıqları tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Böyük Vətən Müharibəsində həlak olanların və Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Venera Mustafayeva vurğuladı ki, artıq 78 ildir ki, 9 may – faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. Gülarə Balayeva isə bildirdi ki, başqa xalqların nümayəndələri ilə birlikdə müharibədə iştirak edərək və dünyanı faşizmdən xilas etməyə nail olmuş soydaşlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq.Daha sonra azyaşlı şagirdlərin çıxışında vətənpərvərlik ruhunda mahnılar ifa olundu, şeirlər səsləndirildi. Həmçinin, səhnəciklər və rəqslər nümayiş etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi