Heydər Əliyev Mərkəzinə ekskursiya

Məktəbin 1ç sinif müəllimi Çimnaz Əliyeva azyaşlı şagirdləri ilə Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Şagirdlərə Mərkəzin “Muzey” bölməsində toplanmış Ulu Öndərin zəngin dövlətcilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib. Ekskursiya şagirdlər tərəfindən maraqla qarşılanıb.