Şagirdlər gəzintidə

Məktəbin 0b məktəbəhazırlıq qrupunun şagirdləri sinif müəllimi Gülbəniz Mayılova ilə birlikdə tətil günlərində Bakı Zooloji Parkında ekskursiyada oldular. Ekskursiyanın təşkilində məqsəd azyaşlı şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.