Fəxri Xiyabana ziyarət

05 may 2023-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə məktəb rəhbərliyi və kollektivin üzvləri Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə çiçəklər düzüldü.