Filmlər nümayiş etdirildi

Məktəbin tədbirlər planına uyğun olaraq "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü" ilə əlaqədar müxtəlif siniflərdə dahi liderin həyat və fəaliyyətini əks etdirən filmlər nümayiş olunur. Məktəbin tarix müəllimləri Rəşad Mayılov, Vəfa Babayeva, Nərmin Qənbərova mütəmadi olaraq dərslərdə "Heydər Əliyev irsi" barədə ətraflı məlumatlar verirlər.