Dəyirmi masa keçirildi

28 aprel 2023-cü il tarixdə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar dəyirmi masa təşkil olundu. Məktəbin kitabxanasında təşkil olunan dəyirmi masada məktəbin direktoru Venera Mustafayeva, təlim - tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, tarix müəllimi Vəfa Babayeva çıxış etdilər. Vurğuladılar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Şagirdlər təqdimatlarla çıxış etdilər, videoçarxlar nümayiş olundu.