Valideyn iclası keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq V sinif şagirdlərinin valideynlərinin iştirakı ilə iclas keçirildi. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək keçirilən monitorinqlərin nəticələri barədə valideynləri məlumatlandırdı. Həmçinin, təlimdə geri qalan şagirdlərin təlim nəticələrinin yüksəldilməsi ilə bağlı söhbət aparıldı. Məktəbin psixoloqları S.Alxazova, G.Məstiyeva da öz tövsiyələrini verdilər.