Beynəlxalq Aviasiya və Kosmonavtika Günü

12 Aprel - Beynəlxalq Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar tədbir hazırlandı. Tədbir fizika müəllimləri Tapdıq Cəfərov və Mətanət Həsənlinin təşkilatçılığı ilə keçirildi. Məktəbin direktoru Venera Mustafayeva çıxış edərək bildirdi ki, uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb. Daha sonra şagirdlərin təqdimatları dinlənildi, videoçarxlar nümayiş olundu.