Aprel döyüşləri - Zəfərin böyük başlanğıcı

04 aprel 2023-cü ildə "Aprel döyüşlərinin" 7-ci ildönümü ilə əlaqədar məktəbin akt zalında "Aprel döyüşləri - zəfərin böyük başlanğıcı" adlı tədbir keçirildi. İnformatika müəllimi Əminə Nəsirovanın 9b sinif şagirdləri ilə hazırladığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Vəfa Babayeva, hərbi rəhbər Marif Tağıyev vurğuladılar ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tədbirin davamında şagirdlərin çıxışında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi