Xüsusi dərs keçirildi

"31 Mart- Azərbaycanlıların Soyqırımı Günü"nün ildönümü ilə bağlı hərbi rəhbər Marif Tağıyev və tarix müəllimi Vəfa Babayeva yuxarı sinif şagirdləri üçün xüsusi dərs təşkil etdilər. M.Tağiyev çıxışında vurğuladı ki, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. V.Babayeva isə bildirdi ki, mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri top atəşinə tutaraq dağıdıblar. Daha sonra şagirdlərə videoçarx nümayiş etdirildi. Həmçinin, 4b sinif müəllimi Gülbəniz Mayılova da şagirdləri ilə birlikdə soyqırım qurbanlarını andılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi