Elimizə bahar gəlir

Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim olan bayramlardan biridir. Novruz bayramı adətlərini yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə siniflərdə bayram abu-havası yaradıldı. 2c sinif müəllimi R.Xudayeva,2ç sinif müəllimi G.Balayeva, 2d sinif müəllimi Ş.Xanmirzəyeva və 4b sinif müəllimi G.Mayılova şagirdləri ilə birlikdə siniflərdə bayram tədbirləri təşkil etdilər. Şagirdlər milli geyimlərimizi geyindilər, yumurta döyüşdürdülər, keçəl, kosa obrazları yaradaraq bayramı qarşıladılar. Həmçinin, məktəbin həyətində şagirdlər üçün bayram tonqalı yandırıldı.