Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il tədbiri
29 dekabr 2016-cı il tarixdə məktəbdə Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə tədbir keçirildi. Məktəbin direktoru çıxış edərək Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə şagird və müəllim kollektivini təbrik etdi. Tədbirdə şagirdlərə Dünya azərbaycanlılarının həmrəylik gününün tarixi haqqında məlumat verildi. Daha sonra şagirdlərin çıxışında yeni ilə aid mahnılar səsləndirildi, rəqslər ifa olundu, səhnəciklər nümayiş etdirildi.