Əməkdar məşqçi ilə görüş

İdman həftəsinin ikinci günündə məktəbin məzunu olmuş, əməkdar məşqçi, hal-hazırda Balaxanı İdman Kompleksinin rəhbəri Müşfiq Hüseynovla şagirdlərin görüşü təşkil olundu. Görüşdə, həmçinin məktəbin şagirdləri, eyni zamanda əməkdar məşqçinin tələbələri də iştirak etdilər. M. Hüseynov çıxışında şagirdlərə bildirdi ki, idmanla məşğul olmaq insanın fiziki sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Məktəbin direktoru Venera Mustafayeva da çıxışında şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün fiziki tərbiyə dərslərinin, əlavə idman növləri ilə məşğul olmağın vacibliyini vurğuladı. Sonda xatirə şəkli çəkildi.