Nümunəvi dərs keçirildi

27 fevral 2023-cü il tarixdə ibtidai sinif müəllimi Gülarə Balayeva 2ç sinifdə nümunəvi dərs keçdi. Azərbaycan dili fənni fənni üzrə "Ağıllı uşaq" mövzusunda keçirilən dərsdə şagirdlərin aktivliyi müşahidə olundu. Dərs məktəbin direktoru Venera Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, digər fənn müəllimlərinin iştirakı ilə keçirildi. Dərs müasir təlim standartlarına cavab verirdi. Elektron lövhədən istifadə edilməsi, əyani vəsaitlərdən məqamında istifadə olunması və s. müsbət göstəricilərdən idi.