Xocalı soyqırımı- XX əsrin faciəsi

"Xocalı faciəsi"nin 31-ci ildönümü ilə əlaqədar "Xocalı soyqırımı - XX əsrin faciəsi" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü açan məktəbin direktoru Venera Mustafayeva bildirdi ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Daha sonra tarix müəllimi Nərmin Qənbərova çıxış edərək vurğuladı ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Tədbirin davamında şagirdlərin çıxışında şeirlər səsləndirildi, səhnəcik nümayiş olundu. Şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar ifa edildi.