Dilimiz milli sərvətimizdir

21 fevral 2023-cü il tarixdə "Beynəlxalq Ana Dili Günü" münasibətilə "Dilimiz milli sərvətimizdir" adlı tədbir keçirildi. IIIa sinif müəllimi Sevinc Həşimovanın şagirdləri ilə birlikdə hazırladığı tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Venera Mustafayeva vurğuladı ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Tədbirin davamında ana dilimizə həsr olunmuş şeirlər söyləndi. Həmçinin, şagirdlər tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin dil haqqında fikirləri səsləndi, ədəbi əsərlərdən parçalar səhnələşdirildi.