Şeir müsabiqəsi keçirildi

20 fevral 2023-cü il tarixdə məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində "Ana dilim şirindir" adlı şeir müsabiqəsi keçirildi. V-IX sinif şagirdləri ana dilimiz, vətənpərvərlik və başqa mözularda şeirlər səsləndirdilər. Münsiflər heyəti məktəb rəhbərliyi və fənn müəllimlərindən təşkil olunmuşdur. Şeirləri daha ahəndar, intonasiya ilə səsləndirən şagirdlər müsabiqənin qalibi oldular. Şagirdləri təbrik edirik.