Şagirdlərimiz təltif olundular

Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqənin nəticələri açıqlandı. Məktəbin 11a sinif şagirdi Həsənova Firəngiz və 11b sinif şagirdi Ələkbərov Ələkbər fərqlənmə diplomu ilə təltif olundular. Şagirdlərimizi təbrik edirik və uğurlarının davamlı olmasını diləyirik.