Açıq qapı günü keçirildi

10 fevral 2023-cü il tarixdə şagird nailiyyətlərinin izlənilməsi və valideynlərin təhsilə münasibətinin müəyyənləşdirilməsi, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi və təlimdə geri qalma səbəblərini müəyyənləşdirmək məqsədi ilə “Açıq qapı” günü keçirildi. Valideynlər övladlarına dərs deyən müəllimlərlə görüşdülər.Övladları barədə bütün müəllimlərdən məlumat əldə etdilər. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili yolları müzakirə edildi.