Forumda iştirak

Məktəbin ibtidai sinif müəllimi Təranə Ağabəyova "Gənc Müəllimlərin III Şəbəkələşmə forumu"nda iştirak etdi. T.Ağabəyova forumda iştirakı ilə əlaqədar sertifikatla təltif olundu. Qeyd edək ki, T.Ağabəyova AGMA-nın Bakı şəhəri üzrə kordinatorudur. Müəllimimizi təbrik edirik və gələcək fəaliyyətində uğurlar arzulayırıq.