20 Yanvar Ümumxalq Hüzn Günüdür

19 Yanvar 2023-cü il tarixdə "20 Yanvar faciəsinin 33-cü ildönümü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən məktəbin tarix müəllimi Vəfa Babayeva vurğuladı ki, 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Tədbirin davamında şagirdlər qanlı gecəyə həsr olunmuş şeirlər səsləndirdilər, vətənpərvərlik ruhunda mahnılar ifa etdilər. Həmçinin, qəhrəman şəhidlərimizi canlandıran səhnəciklər nümayiş etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi