20 Yanvar uşaqların gözü ilə

20 Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində məktəbin 2c sinif müəllimi Rəna Xudayeva şagirdləri arasında rəsm müsabiqəsi keçirtdi. 20 Yanvar faciəsinə aid rəsmlərində balacalar bu faciənin rəmzinə çevrilmiş qırmızı qərənfillərlə günahsız axıdılan qanı əks etdiriblər. Rəsmlərdə kədəri bildirən qara rəngə də müraciət olunub. Rəsmləri fərqlənən şagirdlər mükafatlandırılıb.