Hər şey övladım üçün adlı seminar

27 dekabr 2022-ci il tarixdə məktəbin direktoru əvəzi Samir Ağalarov və psixoloq Günay Məstiyeva yuxarı sinif şagirdlərinin valideyləri ilə görüş keçirtdi. Görüşün məqsədi ailələrlə məktəb arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.