Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il

26 dekabr 2022-ci il tarixdə məktəbdə "Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il" münasibətilə bayram konserti keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra "Dünya azərbaycanlılarının həmrəylik günü"nün tarixi barədə məlumat verildi. Tədbirin davamında Zəngilan şəhər musiqi məktəbinin yetirmələrinin, eyni zamanda məktəbimizin istedadlı şagirdlərinin ifasında mahnılar, müxtəlif musiqi alətlərində ifalar səsləndirildi. Həmçinin, şeirlər söyləndi, səhnəcik nümayiş olundu. Konsert müəllim və şagird kollektivi tərəfindən maraqla qarşılandı.