Şagird nailiyyəti
Məktəbin 9c sinif şagirdi Nigar Nəbiyeva Beynəlxalq Kopernik Olimpiadasında iştirak edərək riyaziyyat fənni üzrə bürünc medal qazanıb. Həmçinin, ABŞ-da keçiriləcək final mərhələsinə iştirak hüququ əldə edib. Şagirdimizi təbrik edirik və finalda uğurlar diləyirik.