Şəhid anıldı

13 dekabr 2022-ci il tarixdə məktəbin 2c sinfinin adını daşıdığı şəhid Təhmasib Mustafayev yad edilib. Məktəbin 2c sinif müəllimi Rəna Xudayeva şəhidin II Qarabağ müharibəsində keçdiyi yolu əks etdirən videoçarx nümayiş etdirib. Daha sonra məktəbin hərbi rəhbəri Marif Tağıyev şəhid Təhmasib Mustafayevlə bağlı xatirələrini şagirdlərlə bölüşüb. Şəhid  baş leytenant Təhmasib Mustafayevin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində müdavimi olduğunu vurğulayan M.Tağıyev bildirib ki, şəhidin Vətən müharibəsində fədakarlığı və igidliyi xatirələrdə əbədi yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi