Ümummilli lider Heydər Əliyevin anım günü

12 dekabr 2016-cı il tarixdə 259 №li tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü tədbiri keçirilmişdir. Tədbirdə Heydər Əliyevin Azərbaycanın yeni tarixində oynadığı rolun ictimai-siyasi mahiyyətindən bəhs edilmiş, qeyd olunmuşdur ki, ötən əsrin nadir şəxsiyyətlərindən biri olan Ulu öndər siyasət dünyasında lider kimi formalaşmış və dahi insanlara məxsus olan bütün xüsusiyyətlər – istedad, böyük təşkilatçılıq qabiliyyəti, dəmir iradə, səbr və uzaqgörənlik, xeyirxahlıq və səmimiyyət kimi keyfiyyətlər onun varlığında cəmləşmişdir. Tədbirdə məktəbin direktoru F.Rzayeva, tarix müəllimi V.Babayeva çıxış edərək qeyd etmişlər ki, min illər ötsə də Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalmaqla arzuladığı xosbəxtliyə, ağ günə qovuşacaqdır. Artıq bir neçə ildir, o böyük şəxsiyyətin nurlu fəaliyyət yolunu, uğurlu siyasət kursunu möhtərəm prezidentimiz İlham Əliyev davam etdirir. Onun ləyaqətli davamçısı olması bizə ruh verir, daha xoş günlərə ümidlərimizi artırır. Daha sonra şagirdlər öz çıxışlarında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevə həsr olunmuş şeirlər söylənmiş və mahnılar ifa etmişlər.