Ulu öndər Heydər Əliyevin anım günü

12 dekabr 2022-ci il tarixdə məktəbdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirildi. Məktəbin direktoru əvəzi Samir Ağalarov çıxış edərək bildirdi ki, 12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı G.Eyvazova, Azərbaycan dili və ədəbiyyat müəllimi A.Xəlilova çıxışlarında vurğuladılar ki, Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Daha sonra şagirdlər dahi liderin həyat yolu barədə məruzələrlə çıxış etdilər. Həmçinin, məktəb kitabxanası tərəfindən dəhlizdə Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət guşə yaradıldı.