Əhməd Cavad 130 il

09 dekabr 2022-ci il tarixdə məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şairin həyatı və yaradıcılığı barədə ətraflı məlumat verildi. Çıxış edən məktəbin direktoru səlahiyyətlərini icra edən Samir Ağalarov vurğuladı ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Tədbirin davamında şagirdlərin çıxışında şairin yaradıcılığından şeirlər səsləndirildi, sözlərinə bəstələnmiş mahnılar ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi