Bayrağımız qürur mənbəyimizdir

5 noyabr 2022-ci il tarixdə məktəbdə "Bayraq günü"nə həsr olunmuş " Bayrağımız qürur mənbəyimizdir" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başladı. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə çıxış edən məktəbin direktoru əvəzi Samir Ağalarov vurğuladı ki, Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Daha sonra "Zəfər günü" çərçivəsində keçirilən "Qarabağ Azərbaycandır!"adlı rəsm müsabiqəsində fərqlənən şagirdlər təltif olundular. Tədbirin davamında 2c və 5ç sinif şagirdlərinin çixinda şeirlər səsləndirildi rəqslər, videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi