Məktəbin 4c sinif müəllimi V.Tağıyeva şagirdləri ilə birlikdə S.S.Axundovun "Qaraca qız" əsərinin təhlilini məktəb kitabxanasında apardı. Şagirdlər müzakirədə fəal iştirak etdilər. Məktəbin kitabxana müdiri A.İbişova və kitabxanaçı D.Əliyeva şagirdləri kitabxana fondu ilə yaxından tanış etdilər.