Görüş təşkil olundu

11 oktyabr 2022-ci il tarixdə məktəblərdə coğrafiya fənninin tədrisi vəziyyətini öyrənmək məqsədilə görüş təşkil olundu. Görüşdə ARTİ-nin şöbə müdiri Nərgiz Rəcəbova, ARTİ-nin aparıcı mütəxəssisi Dilbər Həsənova və coğrafiya, tarix müəllimləri iştirak etdi. Məktəbin coğrafiya müəllimi Elnarə Məmmədovanın dərs təhlili dinlənildi. Coğrafiya fənninin tarix fənni ilə inteqrasiyasi müzakirə olundu, fikir mübadiləsi aparıldı.