Müəllimimizin uğuru

Microsoft Innovative Educator Expert – siniflərdə və sinif xaricində texnologiyaları tətbiq etməyi bacaran, və bu sahədə təcrübəsi ilə bölüşməyə və öz məktəblərində, proqram iştirakçıları olan məktəblərdə, eləcə də xarici məktəblərdə Microsoft texnologiyaları üzrə məsləhətçi olmağa hazır olan insanlar üçün nəzərdə tutulan proqramdır.
Microsoft Korporasiyası uzun illər boyunca bütün dünyada, o cümlədən Azərbaycanda illik tədris və məktəb proqramları təşkil edir. Bu proqramlar, qabaqcıl təlim və tədris üsullarını qəbul edərək, məktəblərinin tədris sistemini təkmilləşdirmək və tədris nəticələrini yüksəltmək məqsədilə öz məktəblərində və siniflərində yeni tədris üsulları tətbiq edən, təhsil sahəsində fəaliyyət göstərən dünya liderlərinin və maarifçilərinin dəyərləndirilməsinə yönləndirilib.
Məktəbimizin ibtidai sinif müəllimi Təranə Ağabəyova “MIE Expert 2022-2023” naminasiyasının qalibi seçilib. Müəllimimizi təbrik edirik və uğurlarının davamını diləyirik