15 Sentyabr Bilik Günüdür

15 Sentyabr məktəbdə "Bilik Günü" qeyd edildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və mənfur qonşularımızın işğalçı siyasəti nəticəsində həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış edən məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən-təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov ötən tədris ilinin nailiyyətlərindən,cari tədris ilinin hədəflərindən danışaraq yeni məktəbə qədəm qoyan birinciləri və valideynləri təbrik etdi. Birinci dərslər "Qarabağ Azərbaycandır" mövzusuna həsr edildi.