Pedaqoji şuranın növbəti iclası keçirildi

28 iyun 2022-ci il tarixdə məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək gündəlikdə duran məsələlərlə pedaqoji heyəti tanış etdi. İclasda 2021-2022-ci dərs ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, buraxılış siniflərin şagirdlərinə attestatların verilməsi və s.məsələlər müzakirə olundu. Təlim-tərbiyə işləri üzrə direktor müavini Aydan Nəsirzadə statistik nəticələri səsləndirdi.