Sağlam qidalanma

“Yay məktəbi” layihəsi çərçivəsində sağlam qidalanma mövzusunda söhbət aparıldı. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək bildirdi ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, biologiya müəllimi Yeganə Əliyeva da çıxışlarında vurğuladılar ki, xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Daha sonra şagirdlər müxtəlif meyvə-tərəvəz təsvir edən təqdimatlarla çıxış etdilər.