26 İyun-Silahlı Qüvvələr Günü

"Yay məktəbi" layihəsi çərçivəsində məktəbin hərbi rəhbəri Marif Tağıyev "26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü" ərəfəsində şagirdlərlə görüş keçirtdi. M.Tağıyev ordumuzun yaranma tarixi, inkişafı, dövlət tərəfindən orduya göstərilən qayğı barədə şagirdlərə ətraflı məlumat verdi. Videoçarx təqdim olundu. Sonda 5c sinif şagirdi Uğur Məmmədov mahnı ifa etdi.