Şagirdlərimizin ekskursiyası

"Yay məktəbi" layihəsi çərçivəsində IIIa sinif müəllimi Feridə Seyidbəyli şagirdləri ilə birlikdə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya etdilər. Şagirdlər burada Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, dulusçuluq, çörəkbişirmə sexləri, keramika, məişət və bəzək əşyaları,sikkələr və s. ilə yaxından tanış oldular. Ekskursiya şagirdlərin marağına səbəb oldu.