STEAM layihəsi ilə tanışlıq

"Yay məktəbi" çərçivəsində şagirdlər STEAM layihəsi ilə bağlı xüsusi dərs keçdilər. İnformatika müəllimi Lamiyə Axundova şagirdlərə 3D qələm, printer, dron qurğusunun iş prinsipi barədə ətraflı məlumat verdi. Eyni zamanda şagirdlər əyani olaraq qurğulardan istifadə etdilər. Şagirdlərin STEAM dərsində hazırladıqları Şuşa maketi ilə də yaxından tanış oldular. Dərs şagirdlərin marağına səbəb oldu.