Yay məktəbinin ilk günü

16 iyun 2022-ci il tarixdə "Yay məktəbi"nin açılışı oldu. Məktəbin direktoru Zaur Yusifov çıxış edərək, şagirdlərə uğurlar arzuladı. Bildirdi ki, 16-30 iyun tarixləri arasında təşkil olunacaq “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsində mühüm rol oynayır. “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılmasıdır. “Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər nəzərdə tutulur. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar veriləcək, bölmələr üzrə ümumiləşdirmələr aparılacaq, kompleks mövzular üzrə tapşırıqlar işləniləcək, seminarlar təşkil olunacaq.